F.Vassyör: “İki bolidlə də xal qazanmaq istəyirik”

Renault komandasının rəhbəri Frederik Vassyör ard-arda iki yarışdan xal aldıqdan sonra bildirib ki, artıq hər iki bolidlə də xallar qazanmaq istəyirlər...

F-1.az xatırladır ki, Renault komandası keçən həftə Sinqapurda uzun müddətdən sonra 10-cu yeri tutaraq xal qazanmışdı. Fransızlar Malayziyada da yaxşı strategiya seçərək, 10-cu yeri tutublar və ard-arda ikinci yarışdan xalla ayrılıblar.

Frederik Vassyör: “Təkmilləşirik. Toro Rosso və Haas ilə mübarizə aparırıq. Bu mövqeyimizi qoruyub, bir addım daha atmalıyıq. Sonrakı hədəfimiz iki bolidlə birdən xal qazanmaq olacaq. Sıralanmada son sessiyadan çox da uzaqda deyilik. Sonrakı hədəfimiz də budur.

Düşünürəm ki, bolidi təkmilləşdirə bilərik və bunu edirik. Belə davam etməliyik. Böyük yeniliyimiz olmayacağı üçün böyük addımlar atmağı gözləmirik. Amma vəziyyət hamı üçün eynidir. Hamının tempi demək olar ki, eyni olacaq. Detallara fikir verməliyik”.

Vassyör Malayziyada Formula1 karyerasının ilk xallarını qazanan Palmerdən təsirlənib: “Düzgün strategiya seçdik. Co da təkərlərə yaxşı nəzarət etdi. Biz ondan bəzən sürətli olmasını, bəzən də təkərləri qorumasını istəyirdik. Yavaş-yavaş nəticə alırıq və belə davam etməliyik. Macarıstanda da xal almağa yaxın idik. İnanıram ki, daha sürətli olacayıq. Artıq daha yaxşı nəticələr qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*