F-1.az xəbər verir ki, komandanın rəhbəri uğursuzluğun səbəblərinin ətraflı şəkildə araşdırılmalı olduğunu düşünür.
Frederik Vassyör: “Mövsümə finiş görmədən başlamaq xoş deyil. Mən iki maşınla bitirməyə üstünlük verərdim. İki həftə əvvəl komandaya demişdim ki, Bəhreyndə mövsüm bitmir və hər halda birinci yarışın nəticəsi önəmli deyil.
Bazar günü komanda uğursuzluqla üzləşdi, amma indi əsas odur ki, nəyin səhv getdiyi barədə daha dəqiq təsəvvür əldə etmək, lazımi nəticələr çıxarmaq və davam etmək lazımdır.
Ümumiyyətlə, şəkil həftəsonu başlamazdan əvvəl təsəvvür etdiyimiz şəkilə uyğun gəlmir. Təsnifatda Red Bull-un sürətinə uyğun olmağımız müsbət haldır, lakin realist olmalıyıq. Vəziyyəti yaxşılaşdırmaq və yarışlarda qalib gəlmək istəyiriksə, bütün yarışlarda mükəmməl bir həftə sonu keçirməliyik”.