F.Vassyör: Həmiltona təklif göndərmədik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onlar Lyuis Həmiltona heç bir təklif göndərməyiblər.

F-1.az xatırlaıdr ki, çıxan bəxi dedi-qodulara görə Ferrari komandası yeddiqat Dünya Çempionuna illik 40 milyon sterlinqlik təklif göndərib.

Düzdür, Mercedes-in son iki ildəki performansı Lyuisi narazı edir, amma britaniyalı pilot həmişə deyir ki, komandasına sadiqdir. Buna görə də onun “gümüşü oxlar”dan ayrılması real görünmür.

Frederik Vassyör: “İki həftə əvvəl Karlosu Audi-yə, Lekleri isə Mercedes-ə göndərirdiniz. Komandada tək qaldım! Amma mövsümün bu mərhələsində belə hekayə ilə qarşılaşmamız normaldır.

Lyuisə təklif göndərməmişik. Heç danışmamışıq da. Düzdür, istənilən komanda Həmiltona sahib olmaq istəyər, amma ona təklif göndərdiyimizi demək axmaqlıqdır.

Həmiltonla görüşə bilərəm. Onsuz da 20 ildir ki, Həmiltonla hərhəftəsonu görüşürəm. Siz məni izləyirsiniz deyə onunla görüşməyimi kəsə bilmərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*