F-1.az xatırladır ki, mövsümün ilk yarışı Ferrari üçün kabus kimi keçib. “Qırmızılar” yarışı bir sürücü ilə bitirib. Yarışda qalan Karlos Sayns isə lider Ferstappendən 48 saniyə yavaş olub.
Frederik Vassyör: “Mövsümə mübarizədən kənar qalaraq başlamaq yaxşı hal deyil. Finişə çatmağı çox istəyərdik.
Testdən əvvəl demişdim ki, mövsüm Bəhreyndə bitməyəcək. Burada da eynisini deyirəm. İndi isə harada zəif olduğumuzu araşdırıb, bunun üzərində işləməliyik. Beləliklə, geridönüş edə bilərik”.