F.Vassyör gələn kimi Honda müqaviləsini cırıb

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, vəzifəyə gələn kimi sabiq komanda rəhbəri Monişa Kaltenbornun bağladığı Honda müqaviləsini cırıb tullayıb.

F-1.az xatırladır ki, Vassyör yenidən Ferrari ilə tərəfdaşlıq qurub və bunun hesabına Alfa Romeo şirkəti komandaya titul sponsoru olub. Bundan başqa İsveçrə təmsilçisi yenidən Ferrari-nin cari mühərriklərindən istifadə edəcək.

Frederik Vassyör: “Komandaya iyulun 17-də səhər saat 9:00-da qoşuldum və bir saatdan sonra iclas var idi. Mənim üçün vacib idi. Mühərrik təchizatçısını dəyişdirmək asan deyil. Honda-nın da vəziyyəti yaxşı deyildi. Bundan başqa ötürmələr qutusunu özümüz düzəldə bilməyəcəkdik və McLaren-dən asılı qalacaqdıq. Ona görə riskə girmək istəmədik. Təsəvvür edin ki, bu il McLaren-dən Honda mühərriyi üçün ötürmələr qutusu istəyirik. Kabus kimi şey olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*