F-1.az xatırladır ki, mövsüm 8 aydan sonra bu həftəsonu Avstriyada başlayacaq.
Frederik Vassyör: “Əbu Dabidəki son yarışdan çox vaxt ötüb. Buna görə də Avstriya yarışını səbirsizliklə gözləyirik. Düzdür, pandemiyaya görə vəziyyət bir qədər fərqlidir. Ancaq inanıram ki, FİA və Formula1 təhlükəsizlik üçün hər şey edəcəklər.
Mövsümün ilk yarışları əksər hallarda xaotik olurlar. Belə anlarda isə fürsətlər yaranır. Bunlardan istifadə etməliyik. Bir həftədə eyni trasda iki dəfə yarışmaq hamı üçün yeni təcrübə olacaq”.