F-1.az xatırladır ki, komandalar bu ildən etibarən Halodan istifadə edəcəklər. Bundan başqa düzülüşdəki qızları gənc sürücülər əvəz edəcək.
Frederik Vassyör: “Düzülüşdəki qızlarla Halo fərqli mövzulardır. Qızları uşaqlar əvəz edəcək və bu, çox gözəl addımdır. Halo da təhlükəsizlik üçün lazımdır. Yarışların vaxtını dəyişmək də idmana təsir etməyəcək. Bunlar marketinq taktikalarıdır.
Bu il tək düşündüyüm bolidin yaxşı performansda olmaısıdır. İlkin hədəfimiz orta qrupda mübarizə aparmaqdır”.