F.Vassyör FİA-dan qorxur

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, FİA işçilərinin komandalara keçidi yaxşı hal deyil.

F-1.az xatırladır ki, əvvəlcə Marçin Budkovski FİA-dan Renault-ya, daha sonra isə Loran Mekis Ferrari-yə transfer olunmuşdu.

Frederik Vassyör: “FİA vacib işçiləri üçün həll yolu tapa bilmir və bu, utancvericidir. Marçin ilə olan məsələni xatırlayıram. Ayrılmamışdan əvvəl bütün aerodinamik borularda olmuşdu. Loran isə bütün bolidlərin sirlərini bilir. Əgər onlara güvənə bilməsək, problem yaranar. Çünki FİA-ya qarşı açıq olmalıyıq. Bütün detalları onlardan soruşmalıyıq. Əgər soruşmaqdan qorxuruqsa, xaos başlayar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*