F-1.az xatırladır ki, isveçrəlilər Alfa Romeo ilə müqavilə bağladıqdan sonra komandaya Ferrari Sürücülük Akademiyasının yetirməsi Şarl Lekler gətirilmişdi.
Frederik Vassyör: “Alfa Romeo bu il Sauber-ə çox fayda verəcək, amma bu demək deyil ki, Ferrari-yə bağlı işləyəcəyik. Təbii ki, inkişaf və sürücü işində onlarla ortaq işlərimiz olacaq, lakin biz onların ikinci komandası olmayacağıq. Alfa Romeo tərəfdaşlığı hesabına maliyyə cəhətdən yaxşılaşacağıq. İndiyə qədər hər şey yaxşıdır. Bu il bəlkə xarüqələr yaratmaya bilərik, amma əlimizdən gələni edəcəyik. Yenidən əvvəlki uğurlu illərimizə qayıtmaq istəyirik”.