F.Vassyör: Dünyanı çətin günlər gözləyir

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildirib ki, koronavirusa görə Formula1 komandalarını çətin günlər gözləyir.

F-1.az xatırladır ki, koronavirusa görə 10 minə yaxın adam dünyasını dəyişib və növbəti bir neçə ayın da çətin keçməsi gözlənilir. Bütün idman tədbirləri ya ləğv olunub ya da təxirə salınıb. Formula1-də də vəziyyət eynidir və ilk 7 yarış təxirə salınıb. Lakin yarışlar ləğv olunduqca komandaların qazanacağı pul da azalır. Bundan başqa sponsorlarla da problemlər yaşanır.

Frederik Vassyör: “FOM tərəfindən verilən pul mükafatları xeyli azalacaq. Sponsorlarla da problemlər başlayacaq. Buna görə də gəlirin 15-20 faiz azalmasını gözləyirik. Bundan başqa xərclər də artacaq. Bu il yayda ardıcıl üç yarış keçirə bilərik. Bununçün əlavə işçi qüvvəsi lazımdır. Daha çox ehtiyat hissə istehsal etməliyik. Daha çox qanad, altlıq və s.

Dördüncü gün keçirilən iclas asan deyildi. Çünki bəzi komandalar problemlərlə üzləşdi. Ancaq sonda razılığa gələ bildik. Sonda builki texniki reqlamenti saxlaya bildik. Amma növbəti il büdcə limiti olmalıdır. Belə olan halda biz də pandemiyaya görə düşdüyümüz zərəri hiss eləmərik və böyük komandalar da az xərcləmək məcburiyyətində qalarlar.

Pandemiya azalanda böhranda olacağıq. Qorxuram ki, hələ çox yarış ləğv olunsun. 30 ildir ki, avtoidmandayam. 1990-cı ildə körfəz müharibəsinin nəticələrini xatırlayıram. 11 sentyabr 2001-ci ildə ABŞ-dakı təyyarə qəzası, 2003-cü ildə SARS virusunun yayılması və 2008-ci ildəki maliyyə böhranı yadıma düşür. Ancaq indiki halda virus bütün dünyaya təsir edir. Bütün sahələr iqtisadi cəhətdən zərər görür. Pandemiyadan sonra vəziyyət çox pis olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*