F-1.az xatırladır ki, Alfa Romeo komandası 14 yarışdan sonra Mühəndislər Çempionatında 8-ci yerdədir.
Frederik Vassyör: “Keçən il lider komandalardan 2.6 saniyə geridə qaldığımız halda bu il fərq 1.6 saniyədir. Bu da doğru qərarlar verdiyimizi göstərir. Bu il orta qrupda ciddi rəqabət var. Bir yarışda beşinci olduğunuz halda, digərində 9-cu yeri tuta bilərsiniz. Son sıralanma turlarında ən az bir maşınla son sessiyaya qala bilmişik. Bu da işlərin yaxşılaşdığını göstərir”.