F-1.az xəbər verir ki, Frederik eyni zamanda yenilənmələr barədə də danışıb.
Frederik Vassyör: “Özümüzə deyil, Red Bull, Mercedes və Aston Martin-ə diqqət yetirmək səhv olardı. Bundan maksimum istifadə etməli və özünüzə diqqət etməlisiniz. İkinci və üçüncü yarışlar arasında biz irəliyə doğru addım ata bildik, bəzi yeniləmələr etdik. İnanıram ki, Avstraliyada problem maşının potensialında deyil, maşını necə təzyiqdə saxlamamızda idi. Buna diqqət yetirilməlidir.
Bakıdakı mərhələ çox vacibdir, çünki iki təsnifat və iki yarış olacaq. Komanda maşının potensialını dərk etməlidir. Bakıdakı tras isə tamam başqadır. Ancaq indi əsas şey başqalarına deyil, özünüzə diqqət yetirmək və əlinizdən gələni etməkdir”.