F-1.az xatırladır ki, Ferrari sonuncu İtaliya yarışında əla performans göstərmiş və poul qazanmışdı. Yarışda Sayns və Lekler qələbə uğrunda mübarizə apara bilməsələr də, sürücülər yekunda 3 və 4-cü yeri tutmuşdular.
Növbədə tamamilə fərqli quruluşu olan və asfaltayatma qüvvəsi tələb edən Sinqapur Qran Prisidir.
Frederik Vassyör: “Quruluş cəhətdən Montsadan fərqli trasa gedirik. Marina Bay trasında sürücülər divarlara yaxın gedirlər və buna görə asfaltayatma qüvvəsi, balans çox vacibdir.
Bütün şəhər tipli traslarda olduğu kimi burada da sürücü öz fərqini ortaya qoya bilər. Simulyatorda çox işlədik və hazırlaşdıq. İndi isə Carlos və Şarl mümkün qədər çox dövrə vuraraq, maşının potensialını ortaya çıxarmalıdır.
Montsasa həyəcanverici və əla yarış keçirdik. Bu həftəsonu Sinqapurda da bu trendi davam etdirərək, yaxşı xallar toplamaq istəyirik”.