F.Vassyör: Bolid qeyri-stabildir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, SF-23-ün ən böyük problemi qeyri-stabillikdir.

F-1.az xatırladır ki, Ferrari Monakoya qələbə üçün gəlsə də, podium belə qazana bilməyiblər. Şarl Lekler yarışı 6-cı, Karlos Sayns isə 8-ci yerdə bitirib. Lakin Vassyör düünür ki, onlar poul nəticəsinə 0.106 saniyə uduzduqlarına görə SF-23 yaxşı maşındır.

Ümumilikdə isə Ferrari bu il yarış tempində çox zəif görünür. Onlar əksər hallarda yarışları başladıqları yerin gerisində bitirirlər. Formula1-in ən titullu komandası bu il sadəcə 1 dəfə podium görüb.

Frederik Vassyör: “Həmişə sakit qalmalısınız. Əgər maşını sürmək bu qədər çətin olsaydı, Ferstappendən 0.1 saniyə geridə qalmağı xəyal velə edə bilməzdik. Media sıralanma turundan 5 dəqiqə sonra da sürücüləri sıxışdırır. Onların mıyusluqlarını anlasam da, 30 dəqiqə sonra verdikləri şərhlər təmiz başqa olur.

Bizim əsas prolemimiz bolidin yarış, dövrə və hətta dövrə ərzində qeyri-stabil davranmasıdır. Xüsusən də yarışda bu problemi çox yaşayırıq. Daha stabil olmaq üçün işləyirirk. Məncə irəliyə doğru addım atdıq, amma Mayamidə bir az zəif idik. Bəzi vəziyyətlərdə yaxşı performans göstəririk. Buna görə də bu vəziyyətin səbəbini anlamalı və daha güclü formada qayıtmalıyıq. Qeyri-stabil olmağımız yavaş olmağımızı göstərmir.

hər şey performansla, yeniliklərlə və ya detallarla əlaqəli deyil. Bolidin işləmə prinsipini dəyişməliyik. Bizim üçün ilk hədəf asfaltayapışma qüvvəsini artırmaq yox, stabillikdir. Yeniliklərdən başqa performansı da yaxşılaşdırmaq üçün addımlar atmalıyıq. Bu maçını təkmilləşdirə bilərik. Buna inandığım müddətdə ciddi bir dəyişiklik etməyəcəyik”.

Qeyd edək ki, Ferrari Barselonaya çoxdandır gözlənilən yeniliklərlə gələcək. Kataloniya trasının test trası olduğunu nəzərə alsaq, yeniliklərin necə işləməsi komandaya mövsümün gedişatı üçün yön verə bilər. Yeniliklər gözlənildiyi kimi işləməsə, komanda builki resurları gələn mövsümə yönləndirə bilər. Buna görə də Barselona Qran Prisi İtaliya komandası və tiffozilər üçün kritik olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*