F.Vassyör: Birinci-ikinci sürücü olmayacaq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, komandada 1-ci və ya 2-ci sürücü söhbətləri olmayacaq.

F-1.az xatırladır ki, fransalı rəhbər 2018-ci ildə Alfa Romeo-da Şark Leklerlə işləyib. Buna görə də əksəriyyət düşünür ki, o, monakolu sürücünü birinci pilot edəcək.

Frederik Vassyör: “Böyük komanda üçün əsas hədəf çempion olmaqdır. Mövsümə ikinci yeri hədəf tutub başlamaq olmaz. Çempion olmaq üçün güclü iki sürücümüz var. Onlara eyni bolidi verə bilərik.

Komandada 1-ci və ya 2-ci sürücü söhbəti olmayacaq. Lakin bir müddətdən sonra ikisindən birini seçə bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*