F-1.az xatırladır ki, “qırmızılar” mövsümə yaxşı başlamayıblar. Onlar ilk 3 yarışdan 26 xal qazanıblar və podium üzü görməyiblər. Ancaq Avstraliyada onların yarış tempi nisbətən yaxşı idi.
Frederik Vassyör: “Son yarışdan haradasa 1 ay keçib. Bu vaxt ərzində Maranelloda SF23-ü daha yaxşı hala gətirmək üçün yeniliklər üzərində gərgin formada işlədik. Şarl və Karlos da simulyatorda işləyərək, bizə geribildirmlər verdilər və vəzifələrini yerinə yetirdilər. Avstraliyada performans cəhətdən irəliyə doğru addım atmışdıq və Azərbaycanda da bunu davam etdirmək istəyirik”.