F-1.az xatırladır ki, “yaşıllar” Bəhreyndəki cümə sərbəst yürüşlərində hamıdan sürətli olublar və yarış üçün əsas favoritlərdən biri sayılırlar.
Frederik Vassyör: “Bir il əvvələ nisbətən güclü inkişaf ediblər. 2022-ci ilin Bəhreyn yarışı ilə müqayisədə bunu görəcəksiniz. Həm sıralanma, həm də yarış tempində yaxşı performans göstərdilər. Yarış tempində daha güclüdürlər. Görək sıralanma turu və yarışda nə edəcəklər”.