F.Vassyör Alfa Romeo-dan ayrılır?

İtaliya mətbuatının xəbərinə görə Frederik Vassyör artıq Alfa Romeo-dan ayrılmağa hazırlanır.

F-1.az xatırladır ki, Mattia Bnotto Ferrari-dəki komanda rəhbəri vəzifəsindən istefa verib və onun yerinə ən real namizəd Frederik vassyördür. Lakin bunun üçün fransalının əvvəlcə Alfa Romeo-dan ayrılması lazımdır və dedi qodulara görə Frederik artıq bu həmləni reallaşdırmaqdadır.

Qeyd edək ki, Vassyör 2017-ci ildən Alfa romeo komandasına rəhbərlik edirdi. İndi onu kimin əvəzləyəcəyi isə hələ də müəmmalıdır. Onun artıq Ferrari-nin bazası yaxınlığında ev aldığı da deyilir. Bir sözlə, Frederiki çətin mövsüm gözləyir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*