F.Uilyams sağalmaq üzrədir

Dünənki mətbuat konfransında Williams komandasının icraçı direktoru Mayk O’Driskoll bildirib ki, komandanın başçısı ser Frənk Uilyams hazırda pnevmoniyadan müalicə olunur, Kler isə atasının yanındadır.

F-1.az xatırladır ki, 1986-cı ildə Fransada keçirdiyi avtoqəza zamanı yerimək qabiliyyətini itirən veteran Uilyams son illərdə komandasının bütün işlərini qızı Klerə həvalə etmişdi…

Mayk O’riskoll: “Görün neçə illərdir ki, Frənk bizi paddokda dəstəkləyirdi, indi onun yanımızda olmaması fərqli hissdir. Pnevmoniyadan xəstəxanaya yatıb, amma indi hər şey yaxşıdır, sağalmaq üzrədir. Sağlamlığı yavaş-yavaş olsa da, inamla bərpa olunur. Biz ümid edirik ki, tezliklə onu Qrouvda görəcəyik – biz hamımız onun gücünə bələdik.

Biz Klerin də tezliklə aramıza qayıtmasına inanırıq. Bu günlərdə Kler evinə, Frənkə yaxın olmaq istədi, amma müasir dünyada biz həmişə telefon zəngi məsafəsindəyik. Biz daim onunla əlaqə saxlayırıq, o, komandanın işinə nəzarət edir. Ümid edirik, mövsümün sonunda bizə qoşulacaq, çox güman ki, Əbu Dabidə onu aramızda görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*