F-1.az xatırladır ki, yaponiyalı sürücü F1-də 2021-ci ildə AlphaTauri ilə debüt edib. Lakin o, hələ də gözləntiləri qarşılaya bilmir. Lakin 22 yaşlı pilot 2023-cü il mövsümünə pis başlamayıb və Səudiyyə Ərəbistanındakı yarışdan xalla ayrılıb.
Frants Tost: “Yuku çox güclü yarışlar göstərdi. Buna görə də xoşbəxtəm. Bolidimizin zəif olmasının səbəbkarı o deyil.
Bildiyim qədər Peresin Red Bull-la hələ ikiillik müqaviləsi var. Yuki onu əvəzləyə bilər. İnkişaf edir. 2025-ci ilə qədər hazır olar”.