F-1.az xatırladır ki, yaponiyalı sürücü idmanda bu il debüt edir, amma 21 yaşlı pilot bu il cəmi iki yarışdan xal ala bilib və daha çox etdiyi səhvlərlə diqqət mərkəzinə düşüb. Bunun nəticəsi kimi gənc yapon tənqid atəşinə tutulmağa başlayıb.
Frants Tost: “Yuki yaxşı inkişaf edir və doğru yoldadır. Debütant sürücüdən tezliklə nəticə gözləmək olmaz. O, hələ idmanı anlamalıdır və bunun üçün 3 ilə ehtiyacı var. Çünki Formula1 artıq çox qarışıq idmana çevrilib.
Yukidən çox razıyam. Saf sürəti yaxşıdıt və hər yarış özünü təkmilləşdirir. O, mövsümün ikinci hissəsində güclü olacaq”.