F.Tost: Tsunoda daha az qışqırmalıdır

AlphaTauri-nin rəhbəri komandanın yaponiyalı sürücüsü Yuki Tsunodaya bəzi məsləhətlər verib.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis gənc sürücüyə komanda radiosunda qışqırmaqdansa, diqqətini işinə yönəltməyi məsləhət görüb.

Frants Tost: “Yuki Formula1-ə çox gənc yaşda gəlib və hər şey onun istədiyi kimi getmədikdə emosiyalarını açıq şəkildə nümayiş etdirib. Mən ona başa saldım ki, bu o qədər də yaxşı deyil. Emosiyaların hər bir belə partlayışı enerji alır və konsentrasiyanı azaldır. Tsunoda radioda qışqırmağa deyil, pilotajlığa diqqət yetirməlidir. Qışqırmaq heç kimə kömək etmir.

Əgər bir şey səhv olarsa, diqqətinizi cəmləməli, hərəkətə keçməlisiniz və yalnız bundan sonra komandaya xəbər verməlisiz. Maşını idarə edərkən konsentrasiyanı itirmək olmaz. Ümid edirəm ki, Tsunoda müvafiq nəticələr çıxaracaq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*