F-1.az xatırladır ki, yaponiyalı sürücü bu mövsüm 1 qələbə və iki poul qazanıb və hazırda üçüncü yerdədir. Həm Honda, həm də Red Bull-un sürücü akademiyasında olan 20 yaşlı pilot F2 çempionatının lideri Kallum İlotdan 39 xal geridədir.
Frants Tost: “Hər şeydən əvvəl Tsunoda güclü sürücüdür. Honda və Red Bull onu dəstəkləyir. Doğrudan da güclü sürücüdür. Gücünü həm F3-də, həm də F2-də göstərib.
Avstriya yarışında yağışlı havada lider gedərkən radio əlaqədə problem yaşadı və pitə gec getməli oldu. Buna baxmayaraq, ikinci yeri tutdu. Silverstounda isə qalib gəldi. Özünü təkmilləşdirir. Getdikcə təcrübəsi artır və onu tezliklə AlphaTauri-də gözləyirəm”.