F-1.az xatırladır ki, 2017-ci il Formula1 təqvimindəki 20 yarışdan 7-si Avropa ölkələrindədir. 2018-ci ildə Fransanın təqvimə qayıtması ilə Avropa yarışlarının sayı 8-ə, Almaniya da yarışı qəbul etsə, 9-a yüksələcək.
Frants Tost təqvimdə Avropa yarışlarının çox olduğunu və gələcəkdə yarışların fərqli ölkələrdə keçirilməli olduğunu deyib: “Həmkarlarım nə düşünür bilmirəm, amma mən Avropada çox yarış olduğunu düşünürəm. Cənubi Afrikaya getməliyik, Argentinaya, həmçinin Hindistana da. Bunlar çox önəmli bazarlardır. Formula1 qlobal idman növüdür. 2015-ci ildə 500 milyon adam yarışları canlı izlədi. Ancaq Futbol üzrə Dünya Çempionatı və Olimpiya Oyunlarında bu rəqəmlərlə qarşılaşa bilərik.
İki həftədən bir yarış keçiririk. Məhsul hələ də yaxşı satılır, amma daha artığı üçün nəsə eləmək lazımdır”.
Tost Formula1-də sərbəst mübarizənin tərəfdardır: “Sürücülər bir-biri ilə yarışmalıdırlar və bunun üçün hər hansı bir qaydaya ehtiyacımız yoxdur. Formula1-də rəqiblərinizlə mübarizə apararkən, öz bolidinizə zərər vermək riski daşıyırsınız. Sürücülərin yarışmalarına icazə verin. Bir-birinə çırpılırlarsa, çırpılsınlar. Bu, oyunun və şounun bir hissəsidir”.