F-1.az xatırladır ki, Pyer Qasli Alpine ilə müqavilə imzaladıqdan sonra AlphaTauri Red Bull ilə birlikdə ona əvəzləyici axtarırdı və əvvəlcə amerikalı Kolton Herta, daha sonra isə Şumaxer onların maraq dairəsində idi.
Frants Tost: “Mənim təşəbbüsümlə biz artıq onun namizədliyini müzakirə etməyə başlamışdıq. Əminəm ki, Mik istedadlı sürücüdür, Formula1-də uğurlu karyera qurmaq üçün bütün lazımi keyfiyyətlərə malikdir, buna görə də onu bolidimizin sükanı arxasına keçirməyə qarşı deyildim. Ancaq bu, siyasi səbəblərə görə həyata keçirilmədi və problem onun bir vaxtlar Ferrari gənclər proqramında olması idi. Amma şəxsən mən Miki çox yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, Mik Şumaxer Mercedes-lə müqavilə imzalayıb və bu mövsüm o, bir ildən sonra yarışlara qayıtmaq ümidi ilə Ştutqart konserninin zavod komandasında ehtiyat pilot kimi xidmət göstərəcək.