F-1.az xatırladır ki, İtaliya komandası növbəti mövsümdə də Pyer Qasli və Yuki Tsunoda cütü ilə yarışacaq.
Frants Tost: “Hər iki sürücümüzü də komandada tutduğumuz üçün sevincliyəm. Pyerin inkişafı bizi qürurlandırır. Bizim komandada podiumun hər üç pilləsini də görüb. 2019-cu ildə Braziliyada 2-ci oldu, keçən il Montsada qalib gəldi, bu il isə Azərbaycanda 3-cü yeri tutdu. Əminəm ki, daha çox podium qazanacaq. Buna görə də onu daha bir il komandada saxladığımız üçün sevincliyik.
Bundan başqa Yukiyə də kömək edir. Onlar arasındakı pozitiv münasibət komandaya təsir edir. Yuki isə komandaya debütant kimi qatılıb və daim inkişafdadır.
Sürücü heyətimizi indidən açıqlamaq bizim üçün vacib idi. Artıq mövsümün qalan yarışlarına fokuslana bilərik”.