F-1.az xatırladır ki, Karlos Sayns Toro Rosso ilə 48 xal toplasa da, ABŞ yarışından etibarən Renault ilə yarışmağa başlamış və bundan sonra italyan təmsilçisi Kvyatla sadəcə 1 xal toplaya bilmişdi. Buna görə də italiyalı “qırmızı buzovlar” turnir cədvəlindəki altıncılığı da itirmişdilər.
Frants Tost: “Komandanın builki əksər xallarını Karlos Sayns qazandığı üçün Toro Rosso-ya böyük itki oldu. Bolidi yaxşı tanıyırdı. Təkərləri yaxşı işlədirdi və komanda ilə yaxşı anlaşırdı. Getməklə bizə zərər verdi”.