F-1.az xatırladır ki, Sauber komandası mövsümün əvvəlində maliyyə problemləri yaşamış və yay tətilinə qədər heç bir yenilik etməmişdi.
Amma isveçrəlilər verdikləri açıqlamada 2017-ci ildə Ferrari-nin 2016-cı il mühərriyindən istifadə edəcəklərini və bunun səbəbinin maliyyə problemləri olmadığını demişdilər.
Xatırladaq ki, Toro Rosso komandası da bu mövsüm Ferrari-nin 2015-ci il mühərriyindən istifadə edir.
Frants Tost: “Sauber-in bu qərarı niyə verdiyini bilmirəm. Onlar mövsüm ərzində çətinlik çəkəcəklər. Onlar mühərrikdə yeniliklər edə bilməyəcəklər. Əsl problem bu olacaq. Performans cəhətdən rəqiblərindən geri qalacaqlar. Ən azından yenilik etməklərinə icazə verilməlidir”.