F-1.az xatırladır ki, avstraliyalı sürücü ikinci sərbəst yürüşlərdə bariyerlərə çırpılıb və əlini qırıb. Rikkardo artıq yarışdan çəkilib və onu Liam Louson əvəz edəcək.
35 yaşlı sürücünün zədəsinin nə qədər davam edəcəyi bilinmir, amma vəziyyətə görə əməliyyat oluna bilər.
Frants Tost: “ Heyif ki, Danielin bilək sümüyü qırıldı və buna görə də yarışa bilməyəcək. Zandfortda olmayacaq və Montsada vəziyyətin nə olacağı məlum deyil. Əməliyyat olma ehtimalı var. Həkimlər növbəti günlərdə bir qərar verəcəklər.
Onu mümkün qədər tez maşına qaytarmaq istəyirik. Ona dedim ki, komanda buna görə məyusdur və bu həftəsonu yarışsa, onluğa düşərdi. Sağalan kimi maşına qayıdacaq.
Baş verənləro çox ciddiyə almamalıdır, çünki daha pis şeylər baş verə bilərdi. Qayıdışını səbirsizliklə gözləyəcəyik. Daniel hazırda gülümsəyir, ancaq zədəsi ağır olduğu üçün canı ağrıyır. Əməliyyatdan sonra vəziyyəti yaxşı dəyərləndirmək üçün başqa həkimin yanına gedəcək”.