F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən il 22 yarışdan 17-də qalib gəlmişdilər. Onlar bu il də çox güclüdürlər və 7 yarışın hamısında qələbə qazanıblar. Əksəriyyət düşünür ki, Red Bull bu il 22 yarışın hamısında qalib gələcək.
Frants Tost: “Red Bull-un üstünlüyünə görə narahat deyiləm. Hara gediriksə, hamısında azarkeşlər ağzına kimi dolu olurlar. Çoxlu azarkeş var. Avstriyada da vəziyyət elə idi.
Almaniya və Avstriyada marağın azalma səbəbi yerli bir qəhrəmanın olmamasıdır. 1988-ci ildə Almanyada Formula1 elə də populyar deyildi. Sonra Mixael Şumaxer gəldi və rentinqlər artdı. Eyni şey Fernando Alonso ilə İspaniyada oldu.
İndi də Maks faktoru var. Red Bull ona çox güclü maşın verdi. Mükəmməl kombinasiya təşkil edirlər. Ona heç kəs yaxın dura bilmir”.