F-1.az xatırladır ki, Ferstappen bu il 15 yarış qazanaraq, rahatlıqla çempion olub. Lakin gələn il mübarizənin Ferrari, Mercedes və Red Bull arasında olacağı gözlənilir.
Frants Tost: “Maks və Red Bull-un üstünlüyü kimisi idmanda az olur. Gələn il Şarl, Maks və indidən Həmiltonu qabaqlayan Rassell arasında üçlü mübarizə görəcəyik.
Red Bull-un yaxşı mühəndisləri olsa da, aldıqları cəzaya görə geriləyə bilərlər. Yenə də inanıram ki, onlar titul uğrunda mübarizə aparacaqlar”.