F.Tost: “Pyer podiuma layiq idi”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Pyer Qasli ikinciliyə layiq olub.

F-1.az xatırladır ki, fransalı sürücü Braziliya yarışında gözəl performans göstərərək, yarışı ikinci yerdə bitirib və karyerasının ilk podiumunu əldə edib. Bu, eyni zamanda Toro Rosso komandasının builki ikinci podiumudur.

Frants Tost: “Pyer komandaya qayıtdıqdan sonra ofisimə gəldi və ona dedim ki, elə bil dünən görüşmüşük. Çünki keçən il bizimlə yarışırdı. Bolidə tez öyrəşdi və mühəndisləri, komandanı yaxşı tanıyırdı. Getdikcə sürətləndi. Sinqapurda və Ostində əla yarışdı. Bu həftə də cümə günündən etibarən güclü idi. Sıralanma turunda yeddinci oldu, amma Şarlın cəzasına görə 6-cı yerə yüksəldi. Yarışda da ağıllı davranaraq, təkərlərə nəzarət etdi. Mükəmməl sürərək, bu nəticəyə layiq olduğunu göstərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*