F.Tost Peresi tənqid edib

Toro Rosso komandasının başçısı Frants Tost Monako Qran Prisindən sonra bildirib ki, Serxio Peres onu məyus edib.

F-1.az xatırladır ki, Peres Monako yarışının bitməsinə 6 dövrə qalmış 9-cu yer uğrunda mübarizədə Toro Rosso komandasının sürücüsü Kvyata hücum etmiş və nəticədə iki sürücü arasında təmas yaşanmışdı. Bu təmasdan sonra Kvyat mübarizəni dayandırmalı olmuşdu. Peres isə damalı bayrağı 13-cü pillədə görərək, 15 yarışdan sonra ilk dəfə xal qazana bilməmişdi.

Frants Tost: “Peresin günahı idi. Orada elə hücum etməzlər. Nəticədə saydpod və sol ön təkər təmiz dağıldı. Qəzaya qədər hər iki sürücümüz də onluqda idi. Həftəsonu ərzində rəqabətədavamlı olduq. Karlos əla işləyərək, sıralanmadakı yerini qorudu. Daniil də yaxşı gedirdi, lakin Peres hər şeyi korladı.

Performansımız trasa bağlıdır. Kanada və Azərbaycan bizim üçün çətin keçəcək, ancaq mühəndislərimiz bu yarışlarda xal almağımız üçün əllərindən gələni edəcəklər. Renault yavaş-yavaş mühərriyi təkmilləşdirir. Hazırda Mühəndislər Kubokunda Williams-ı 9 xal qabaqlayaraq, 5-ci pilləni tutmuşuq. Bu yeri qorumalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*