F-1.az xatırladır ki, niderlandlı sürücü gələn ildən etibarən AlphaTauri-də Pyer Qaslini əvəz edəcək.
Frants Tost: “ Niyə Niki seçdik? Çünki o sürətlidir! Maksın tövsiyəsinə ehtiyac yox idi. Nikin uğurları bəs edirdi.
Onu keçmişdən tanıyıram. Kartinq dövrlərindən bəri dostuq. Səhv eləmirəmsə, 2011-ci ildə həm Avropa, həm də Dünya Çempionu titulunu qazanmışdı. Ondan sonra yarışdığı bütün seriyalarda uğurlu oldu. Formula Renault-da, GP3-də, Formula2-də və hətta, Formula E-də Dünya Çempionu titulunu qazandı. Məncə, o, Formula1-də yarışmağa layiqdir”.