F-1.az xəbər verir ki, komandanın rəhbəri Nik de Frizin özünü inkişaf etdirəcəyinə əmindir.
Frants Tost: “Nik hələ də öyrənir. Sürücülərimiz həm yarışları, həm də titulları qazana biləcəklərini sübut edən bacarıqlı adamlardır. Məqsədimiz onları rəqabətədavamlı maşınla təmin etməkdir.
Maşında problemlər var idi, Nikin çətinlikləri də bununla bağlıdır. Formula1-də prinsipcə, debüt etmək asan deyil, amma maşın sizə problem yaratsa, işlər daha da çətinləşir. Sürətli maşının sükanı arxasında layiqli nəticə göstərəcəyinə şübhəm yoxdur. Və bunun üçün çalışacağıq”.