F.Tost: Mühəndislər boşluqlar tapacaqlar

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, komandalar yeni texniki reqlamntdə boşluqlar tapa bilərlər.

F-1.az xatırladır ki, gələn iıdən idmanda yeni texniki reqlament olacaq və bəzi Formula1 mütəxəssisləri sürprizlər gözləyirlər. Bu da səbəbsiz deyil. 2009-cu ildə idman yeni texniki reqlamentə keçərkən Brawn GP komandası gözlənilmədən həm Sürücülər, həm də Mühəndislər Çempionatında qalib olmuşdu.

Frants Tost: “Aerodinamika mühəndislərimiz gərgin formada işləyirlər. Hər həftə yeniliklər tapırlar. Real bolidimiz Silverstoundakından nə qədər fərqlənəcək bilmirəm. Bənzəyəcəklərinə əminəm, çünki reqlament bizim əlimizi-qolumuzu bağlayır.

Fərqliliklər bolidin görünüşündə yox, altlıqda, diffuzorda və aerodinamikaya təsir edən detallarda olacaq. Mühəndislərimiz hazırda həm aerdinamik boruda, həm də hesablama hidrosinamikasında işlər görürlər. Görək nə olur.

Reqlament hamı üçün tamamilə yenidir və ağıllı mühəndislər onları təhlil edirlər. Mühəndislər reqlamentdə boşluq tapmasa, təəəcüblənərəm. Ümid edirəm ki, bunu bizim mühəndislərimiz edər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*