F.Tost: “Mövsümün ilk yarısında itirdiyimiz xalların cəzasını çəkirik”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, mövsümün əvvəlində itirdikləri xalların cəzasını çəkirlər.

F-1.az xatırladır ki, Toro Rosso mühəndislər çempionatında 7-ci yerdədir və 6-cı yerdəki McLaren Honda-dan 19 xal geri qalır.

Tost bildirib ki, onlar yay tətilindən sonra yaxşı performans göstərirlər, amma buna baxmayaraq, mövsümün əvvəlində yaşadıqları etibarlılıq problemləri və Ferstappenin komandadan ayrılması onlara zərər verib: “Hər şeydən əvvəl, Ferstappen Red Bull-a getdi. Beləliklə, komandanın əsas potensialını itirmiş olduq. Bu, Daniilin mükəmməl performans göstərdiyi reallığını dəyişdirmir, amma adaptasiya dövründə çox xal itkiləri yaşadıq. Bəzi yarışlarda da gözləmədiyimiz halda mühərrik problemləri yaşadıq.

Bəzən də başqa situasiyalara görə xallar itirdik. Məsələn, Karlos Monakoda əla yarış keçirirdi, amma pitdən sonra Peresin arxasında ilişib qaldı.

Mühərrikdə yeniliklər etməsək də, yay tətilindən sonra əla performans göstəririk. Heyif ki, mövsümün ilk yarıslarında itirdiyimiz xallara görə 6-cı yeri əldən verə bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*