F-1.az xatırladır ki, əfsanəvi mixael Şumaxerin oğlu heç atasına oxşamayıb. O, indiyə kimi 28 yarışda iştirak etsə də, hələ də xal qazana bilməyib. Üstəlik etdiyi qəzalarla komandasını xərcə salır.
Frants Tost: “Məncə, Miki indidən gözdən çıxarmaq olmaz. Mən ona inanıram. O, Formula3-də və Formula2-də qalib gəlib. Bu uğurlar təsadüfən qazanılmır. Onun zamana ehtiyacı var və ona vaxt verilməlidir. Formula1-dəki ikinci mövsümündür və builki maşınları sürmək lap çətindir”.