F-1.az xatırladır ki, yaponiyalı mühərrik istehsalçısı 2015-2017-ci illərdə McLaren-i mühərriklə təchiz etmiş və bu müddətdə etibarlılıq problemləri ilə mübarizə aparmışdılar. Bu uğursuzluqlardan sonra britaniyalılar Honda ilə tərəfdaşlığı pozub Renault mühərriklərinə keçmişdi.
Honda isə Toro Rosso komandasına keçid edib və “qırmızı buzovlar” ilk qış testlərində ən çox məsafə qət komanda olublar.
Frants Tost: “Əslində vəziyyət fərqli idi. McLaren 3 il ərzində Honda-dan mühərriyin etibarlılığına pis təsir edən sazlanmalar istədi. Buna görə də etibarlılıq problemləri yaranırdı. Biz isə Honda-nın istəklərini dinlədik. Mühərriyin dizaynı bolidə görə yox, bolidin dizaynı mühərriyə görə düzəldi. Onlara uyğunlaşdıq. McLaren dövründə vəziyyət fərqli idi”.