F-1.az xatırladır ki, McLaren komandası 2015-2017-ci illərdə Honda mühərriklərindən istifadə etmiş və qazandıqları ən yaxşı nəticə 5-ci yer olmuşdu. Britaniyalılar 2017-ci ilin sonunda Honda mühərriklərindən imtina edərək, Renault-ya keçmişdilər. Yaponiyalı mühərrik istehsalçısı isə Toro Rosso komandasını güc qurğusu ilə təchiz etməyə başlamışdı.
Lakin Toro Rosso testlərdə qənaətbəxş performan göstərsə də, McLaren hər gün bir problemlə üzləşir.
Frants Tost: “Əla işlər görən Honda mühərriyindən razıyıq. Onların güclü mühərrik hazırlaya biləcəklərini anladım. Əminəm ki, mövsüm ərzində öndəkilərə çata biləcəyik. Hədəfimiz orta qrupun lideri olmaqdır.
McLaren ilə maraqlanmıram. Bir onu bilirəm ki, paketimiz onlarınkından daha güclüdür”.