F.Tost: Kvyat Rikkardodan sürətlidir

AlphaTauri komandasının rəgbəri Frants Tost bildirib ki, Daniil Kvyat sabiq sürücüsü Daniel Rikkardodan sürətlidir.

F-1.az xatırladır ki, Frants Tost 2012-2013-cü illərdə Rikkardo ilə işləyib. 2014-cü ildən bəri isə müxtəlif fasilələrlə Kvyatla işləyir. Rikkardo ilə Kvyat 2015-ci ildə Red Bull-da komanda yoldaşı olmuş və rusiyalı sürücü rəqibini məğlub etmişdi.

Frants Tost: “Kvyat və Qaslinin əsas fərqləri yaşlarıdır. Daniil iki yaş böyükdür. İndi 26 yaşı var. Həm də təcrübəlidir. Bundan başqa onun Red Bull-dan bizə qayıtmasında xüsusi səbəblər var idi. Danii Red Bull-a çox tez getmişdi. Ancaq o vaxt başqa seçimimiz yox idi. Fettel Ferrari-yə getmişdi və əsas komandaya ən böyük namizəd Daniil idi. Təcrübəsi az idi. Formula1-ə GP3-dən gəlmişdi. Buna baxmayaraq yaxşı performans göstərdi. Daniil doğrudan da sürətli
idi. Təbii sürəti Danieldən də çox idi. O, Formula1-də yarışmağa layiqdir. Sürücülərimdən razıyam. Əla heyətimiz var. Hər ikisindən də güclü performans gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*