F.Tost: “Keçən il risk etdik”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, 2016-cı ildə köhnə mühərriklərlə yarışaraq risk etmişdilər.

F-1.az xatırladır ki, italyanlar 2016-cı ildə Ferrari-nin 2015-ci il mühərrikləri ilə yarışmış və xüsusən də mövsümün son yarışlarında çətin vəziyyətdə qalmışdılar.

Frants Tost: “Çox risk etdik və tamamilə yeni bir aerodinamik paketimiz var idi. Aerodinamika cəhətdən bolidimiz güclü idi. Yeni paket hesabına daha çox asfaltayatma qüvvəsi əldə edirdik və bolid daha yaxşı idi. Amma çoxlu asfaltayatma qüvvəsi bəzən sizi geriyə sala bilər. Digər komandalar həm mühərrik, həm də digər sahələrdə inkişaf etdilər və artıq onlara yaxınlaşmaq şansımız qalmamışdı. Fərq çox açıldı və onlara çata bilmədik.

Problem Ferrari-nin mühərriyində deyildi. Həmişə sual işarələri var idi. Amma biz bilməli idik ki, mühərriyin gücü mövsüm ərzində eyni qalacaq. Ferrari isə əla iş gördü və mühərrikdən mövsüm ərzində eyni güc çıxışını əldə etdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*