F.Tost: İlk yarış qəribə olacaq

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, azarkeşsiz Avstriya yarışında qəribə ab-hava olacaq.

F-1.az xatırladır ki, mövsümün ilk 8 yarışı koronavirus pandemiyasına görə azarkeşsiz olacaq və həftəsonu ərzində bütün işçilər maskada gəzməli olacaqlar. Hamının arasında ən az 1.5 metr fərq olmalıdır və fərqli komandaların işçilərinin bir-birlərilə söhbət etməsi qadağandır.

Frants Tost: “Avstriya yarışını keçirdiyi üçün Diter Mateşiçə və Red Bull-a təşəkkür edirəm. Beləliklə işə yenidən qayıda biləcəyik. Hökümətin razılığını almaq üçün çox iş gördülər. Helmut Marko səlahiyyətləri vasitəsilə hökümətlə uzun danışıqlar apardı.

Təbii ki, ilk yarış həftəsində ab-hava qəribə olacaq. Azarkeşlərin olmaması çox məyusedicidir. Ancaq bu, Formula1-in başlaması üçün atılmış addımdır. Təhlükəsizlik standartları çox sərtdir. Bunları onsuz da Faentsa və İngiltərədə tətbiq edirik. Bunun hesabına komanda iyunun 1-də işə qayıda bildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*