F-1.az xatırladır ki, Pyer Qasli Bəhreyn yarışında mükəmməl performansla 4-cü olaraq Toro Rosso və Honda tərəfdaşlığına ilk xalları qazandırmışdı.
Frants Tost: “Dördüncü yerin nə olduğunu bilirsiniz? Bəxti gətirdi. Rikkardo və Ferstappen mübarizəni dayandırdı. Həmilton yarışın əvvəlində bir az problem yaşasa da, yarış tempində güclü idi və Pyer də səhv etmədi. Pit-stoplar da yaxşı getdi. Problem yaşamayan sürücülər 6-cı və ya 7-ci yerləri tuta bilərlər. Artıq iki sürücü ilə də son sessiyaya qalmalıyıq. Yarışda da güclü performansımızı davam etdirməliyik. Güc qurğusunda da inkişaf doğru yöndə gedir”.