F-1.az xatırladır ki, niderlandlı sürücü bu mövsüm 8 qələbə qazanıb və ən yaxın rəqibi Lekleri 80 xal qabaqlayır.
Frants Tost: “Onu Toro rosso-ya gətirəndə 17 yaşı var idi və sürücülük vəsiqəsi belə almamışdı. Buna görə çox tənqid olunduq. Birinci dəfə trasa Suzukada çıxmışdı və o çətin trasda əla işləmişdi. Formula1-in yüksək sürətli bolidində problem yaşamadı və hər şeyi nəzarətdə saxladı.
İlk yarışlarında aqressiv idi. Məsələn, 2015-ci ildə Monakoda Qrojanla qəza etmişdi. Hazırda yüksək səviyyədə çıxış edir və onun ən yaxşı halını görməmişik”.