F-1.az xatırladır ki, “qırmızı buzovlar” bu ildən etibarən Honda mühərriklərindən istifadə edəcəklər.
Frants Tost: “Beşlikdə olmalıyıq. İlk üçlüyü unutmaq lazımdır. Onlar ayrı liqadadırlar, çünki onların böyük büdcələri və resursları var. Amma dördüncülük üçün hər şey mümkündür. Çünki Force İndia və Williams-ın da büdcələri bizə yaxındır. Onlara yaxın olmamaq üçün bəhanəmiz yoxdur.
McLaren-in də güclənməsini gözləyirəm və Renault ilə daha yaxşı performans göstərəcəklər”.