F-1.az xatırladır ki, niderlandlı sürücü bu il Formula1-də ilk tam mövsümünü keçirəcək. O, daha əvvəl Williams ilə yarışa çıxıb və bunda başqa Mercedes, Aston Martin və Alpine bolidlərini sərbəst yürüşlərdə ya da testlərdə sürüb.
Frants Tost: “Nik əla işləyir. Çox təcrübəlidir.. 28 yaşında bir neçə çempionatda qalib olub və bunu hiss edə bilrisiniz. Formula1-ə tez öyrəşəcək. Ondan ilk sıralanma turundan etibarən yaxşı performans gözləyirəm.
Yeni sürücü komandaya gələndə özü ilə yeni geri bildirimlər və sazlanmalar gətiri. Təbii ki, bu sürücü aşağı seriyadan gəlməyibsə… Nik isə keçən il əksər komandalarla işləmişdi. Mühəndislərimiz ondan yaxşı geri bildirimlər alırlar. Xüsusən də, çoxlu dövrə vurduğu və çox şikayət etdiyi Əbu Dabi testindən sonra… Bu şikayətlər mühəndislər üçün xəbərdarlıq oldu. Ümid edirəm ki, ona yaxşı maşın verə bilərik”.