F-1.az xatırladır ki, Brendon Hartli öndəki rəqiblərinin mübarizəni dayandırması ilə 10-cu olaraq bir xal qazanmış və Formula1 karyerasında ilk xalını əldə etmişdi.
Frants Tost: “Bizim üçün çətin həftəsonu idi. Xüsusən də sıralanma turunda zəif idik. Yarışa 17-ci və 19-cu yerlərdən başladıq. Qəza yaşamasaq əlimizə fürsət düşəcəyini bilirdik və iki sürücümüz də qüsursuz yarıa bildilər. Hartlini ilk xalını aldığı üçün təbrik edirəm. Zəif olduğumuz trasdan bir xalla ayırldıq və xoşbəxtəm. İspaniyada işlərin daha yaxşı getməsinə ümid edirik. Ümid edirəm ki, problemsiz və gözəl həftəsonu olar”.