F.Tost 2017-ci ildə yeni Ferrari mühərrikləri istəyir

Toro Rosso komandasının rəhbəri Frants Tost 2017-ci il mövsümündə Ferrari-nin ən yeni mühərriyini istəyir.

F-1.az xatırladır ki, Toro Rosso keçən il Renault ilə olan tərəfdaşlığa son qoyaraq Ferrari ilə müqavilə bağlamışdı. Amma Ferrari Toro Rosso-ya digər müştəri komandalarına verdiyi kimi yeni mühərriyi yox, 2015-ci ilin mühərriyini vermişdi. Toro Rosso isə bunu qəbul etmək məcburiyyətində qalmışdı.

Frants Tost: “Yeni mühərriyi almalıyıq. Keçənilki qərarı gec verdiyimiz üçün küncə sıxılmışdıq və bizə edilən təklifi qəbul etmək məcburiyyətində qaldıq.

Bu il isə vəziyyətimiz fərqlidir. Gələn il üçün eyni mühərriyi istəyirik”.

Toro Rosso-nun bu istəyinə baxmayaraq, gələn il hansı mühərriyi istifadə edəcəyi məlum deyil. 2017-ci ilin mühərrik reqlamentinə əsasən istehsalçılar mayın 15-ə kimi hansı komandaları mühərriklə təmin edəcəklərini dəqiqləşdirməlidirlər.

Əgər bir komanda boşda qalsa, onda FİA iyunun 1-nə kimi problemi həll etməlidir. O vaxta qədər də qərar verilməsə, onda seçim olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*