F-1.az xatırladır ki, isveçrəli sürücü mövsümün ilk 4 yarışında 2 qələbə qazanıb və hazırda turnir cədvəlində ikinci yerdədir.
Qeyd edək ki, Feliks 2015-ci ildə Avropa F3-də çempion, iki dəfə isə Makao Qran Prisində qalib olub.
Feliks Rozenqvist: “Formula1-də olmaq istədiyimi açıq-aydın deyirəm və bunun üçün fürsət axtarıram. Amma Formula E də güclü sürücülərin olduğu yerdir. Əgər burada rəqiblərini məğlub edə bilirsinizsə, deməli güclüsünüz. Formula1 üçün hələ gəncəm və təslim olmamalıyam. Formula E-ni DTM, F2 və İndyCar-dan üstün tuturam”.